• 22 °C
|

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib

23 Oktyabr 2025
img

Rusiyanın Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb.

Açıqlamaya görə, episentr Petropavlovsk-Kamçatsk şəhərindən 233 kilometr məsafədə, 8,9 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin dağıdıcı təsirləri və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.

Mütəxəssislər bölgədə təkrar yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq ediblər.