
ABŞ Nümayəndələr Palatası respublikaçı Qreq Stubinin NATO-nun təhlükəsizlik proqramından təxminən 482 milyon dolları çıxarıb həmin vəsaiti ABŞ-ın daxili müdafiə ehtiyaclarına yönəldilməsi ilə bağlı düzəlişini rədd edib.
APA xəbər verir ki, düzəliş, palata üzvlərinin 333 əleyhinə səs verməsi ilə rədd edilib.
Maliyyələşdirmənin azaldılmasının lehinə səs verən 80 nəfərin isə hamısı respublikaçıdır.
"NATO-dan təxminən 482 milyon dolları çıxarıb ABŞ hərbi bazalarına yönləndirməklə bağlı düzəlişim az öncə rədd edildi. 127 respublikaçı da daxil olmaqla, Konqresin 333 üzvü öz qoşunlarımıza və hərbi infrastrukturumuza üstünlük vermək əvəzinə, vergi pullarınızı NATO-ya yönəltməyə davam etməyə səs verdilər", – Stubi yazıb.