• 12 °C
|

Kreml ABŞ-la START üzrə dialoq üçün şərtini açıqlayıb

5 Fevral 2026
img

Vaşinqton konstruktiv cavab verərsə, Rusiya strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı ABŞ-la dialoqa hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər hər hansı konstruktiv cavab olarsa, əlbəttə ki, dialoq aparacağıq”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Nüvə silahlarının yerləşdirilməsinə dair son beynəlxalq hüquqi məhdudiyyət olan START Müqaviləsi Vaşinqtonun onu uzatmaqdan imtina etməsi səbəbindən bu gün başa çatır. Payızda Rusiya START-ın müddəti bitdikdən sonra daha bir il ərzində Yeni START məhdudiyyətlərinə riayət etməyi təklif edib. ABŞ Prezidenti Donald Tramp bunu "yaxşı fikir" adlandırsa da, Vaşinqton hələlik heç bir praktik addım atmayıb.