• 24 °C
|

Kreml: Almaniya kanslerinin bəyanatları vəziyyətin eskalasiyası anlamına gəlir

27 May 2025
img

“Almaniya kanslerinin Ukraynaya göndəriləcək raketlərin məsafəsinin daha da artırılacağı barədəki bəyanatları həqiqətdirsə, bu addım vəziyyətin eskalasiyası anlamına gəlir”.

APA xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VQTRK-nın müxbiri Pavel Zarubinə müsahibəsində çıxış edib.

O həmçinin bildirib ki. Ukrayna ilə sülh prosesinin yenicə başlayır və F. Mertsin açıqlamaları bu məsələ ilə ziddiyyət təşkil edir.

Kremlin sözcüsü Ukrayna tərəfinə pilotsuz uçuş aparatları ilə bağlı da xəbərdarlıq edib:

“Putin aydın şəkildə bəyan edib ki, Rusiya ərazisində pilotsuz uçuş aparatları ilə xuliqanlıq etsəniz, cavabınızı alacaqsınız”.