• 13 °C
|

Kreml: Çində Putin-Tramp görüşü üçün heç bir plan yoxdur

15 Aprel 2026
img

Çində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etmək planı yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, belə bir görüşün keçirilməsi ehtimalı nəzərdən keçirilmir.

O, Kremlin Putinin Çinə səfərinin tarixini daha sonra açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Putinin bu ilin birinci yarısında Çinə işgüzar səfər edəcəyini açıqlayıb.