03 Dek 2025

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin Kremldə Stiv Uitkoff və Cared Kuşnerlə söhbətinin beş saat davam etdiyini təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremldəki danışıqların yekunu ilə bağlı brifinqdə danışan Uşakov Rusiya və ABŞ-ın Putin və Uitkoffun Kremldə apardığı danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəldiklərini söyləyib.
Kreml rəsmisi tərəflərin sülhdən uzaq olmadığını qeyd edib.