• 18 °C
|

Kreml Putinin bu gün Moskvada Orbanla görüşəcəyini təsdiqləyib

28 Noyabr 2025
img

Kreml Macarıstan Baş naziri Viktor Orbanın Moskvaya səfər edəcəyini təsdiqləyib.

APA-nən Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Vladimir Putinin bu gün Orbanı qəbul edəcəyini söyləyib.

Putinlə Orbanın enerji məsələlərini və Ukrayna münaqişəsinin həllini müzakirə edəcəkləri bildirilib.