
Moskvada aprelin 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Paşinyan bir neçə saat söhbət ediblər.
Kremlin sözçüsü danışıqları səmimi, faydalı və zəruri adlandırıb.
"Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar", Peskov qeyd edib.