19 İyn 2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük işgüzar səfərə gəlib.
APA xəbər verir ki, Lavrovu hava limanında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan və iki ölkənin səfirləri Qurgen Arsenyan və Sergey Kopırkin qarşılayıb.
Səfər çərçivəsində Lavrov həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparacaq. Baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşlər planlaşdırılır.
Qeyd edək ki, rusiyalı nazir sonuncu dəfə İrəvana 2022-ci ilin iyununda səfər edib.