• 5 °C
|

Livan baş nazirinin müavini: Ölkəmizin ərazisindən Suriyaya hər hansı təhlükənin yaranmasına yol verilməyəcək

2 Yanvar 2026
img

Livan hakimiyyəti ölkə ərazisindən qonşu Suriyanın sabitliyinə hər hansı təhlükənin yaranmasına yol verməyəcək.

APA xəbər verir ki, bu barədə Livanın baş nazirinin müavini Tarek Mitri “Al Hadath” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Livanın üzərinə qonşu dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək və ya onun ərazi bütövlüyünü sarsıdan istənilən fəaliyyətin qarşısını almaq məsuliyyəti düşür.

Tarek Mitri vurğulayıb ki, Livan ərazisi heç bir halda Suriyaya qarşı hücumlar üçün plasdarm kimi istifadə olunmayacaq.

Baş nazirin müavini əlavə edib ki, hökumət bəzi ərəb KİV-lərində Livanda gizlənən keçmiş Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarının fəallaşması ilə bağlı yayılan məlumatlardan narahatdır.

Onun sözlərinə görə, təhlükəsizlik orqanları bu məlumatların doğruluğunu diqqətlə araşdıracaq və zəruri tədbirlər görəcək.