• 11 °C
|

Mask USAID-i çox sayda insanın ölümünə səbəb olmaqda ittiham edib

29 Noyabr 2026
img

“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) çox sayda insanın ölümünə səbəb olmaqda ittiham edib.

APA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Tamamilə doğrudur. Onlar çox sayda insanın ölümünə səbəb olublar”, – deyə Mask yazıb.

Milyarder bununla USAID-in digər ölkələrdə hakimiyyət dəyişikliyi və seçkilərə müdaxilə vasitəsi kimi istifadə edildiyini iddia edən sosial şəbəkə istifadəçisinin paylaşımına münasibət bildirib.