• 24 °C
|

Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını arzu olunmaz şəxs elan edib

31 Mart 2025
img

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını arzu olunmaz şəxs elan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

Rusiya səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Onun yerli xüsusi xidmət orqanlarının ittihamları ilə bağlı XİN-ə çağırıldığı bildirilib.

Rusiya XİN Kişinyovun Rusiya səfirliyinin üç əməkdaşını arzuolunmaz şəxs elan etmək qərarına Moskvanın cavab verəcəyini bəyan edib.