05 Apr 2026

Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində yanğın baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, paytaxtın Qolovaçeva küçəsində yerləşən binanın dam örtüyü yanıb.
100-ə yaxın insanın binadan təxliyə edildiyi bildirilib.
Yanğın təxminən 60 kvadrat metr sahəni əhatə edib.
Yanğın söndürənlər və təcili yardım xidmətləri hadisə yerində işləyir.