13 May 2026

Son üç gün ərzində Moskva üzərində vurulan Ukraynapilotsuz uçuş aparatlarının sayı 26-ya çatıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb.
Bildirilib ki, 2-4 may tarixlərində Moskva səmasında 26 Ukrayna PUA-sı vurulub.
Bir PUA isə Moskvanın mərkəzində yerləşən 52 mərtəbəli yaşayış kompleksinə düşüb.
Moskva meri binanın 36-cı mərtəbəsinin dağıldığını, nəticədə xəsarət alanların olmadığını açıqlayıb.