• 9 °C
|

Moskva yenidən kütləvi dron hücumuna məruz qalıb: 44 PUA vurulub

15 Mart 2026
img

Rusiya paytaxtı Moskva yenidən kütləvi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Moskva istiqamətində uçan 44 Ukrayna pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Dron hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo hava limanında təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyət qoyulub. Hava limanında təhlükəsizlik tədbirləri çərçivəsində “Xalça planı” əməliyyatı tətbiq edilib.