• 8 °C
|

Overçuk: Ermənistan Aİİ və Aİ arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir

1 Sentyabr 2025
img

Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Paşinyan bu yaxınlarda bildirib ki, eyni zamanda Aİİ və Aİ-yə üzv olmaq mümkün deyil. Əgər nə vaxtsa, belə bir qərar qəbul olunarsa, o zaman əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər ölçüb-biçiləcək”, – Rusiya baş nazirinin müavini vurğulayıb.