• 29 °C
|

Overçuk: Rusiya və Ermənistanın ticarət dövriyyəsi dramatik şəkildə azalır

6 Avqust 2026
img

Rusiya və Ermənistanın ticarət dövriyyəsi dramatik şəkildə azalır.

APA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Çolpan-Atada jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə üçdə iki dəfə azalıb.

Bildirilib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə-təxminən 12 milyard dollara çatıb ki, bu da böyük rəqəmdir. Keçən il isə 8 milyard dollara düşüb və bu il ticarət dövriyyəsində dramatik azalma var.