• 24 °C
|

Paşinyan: Ermənistanda kadr böhranı və insan resursları çatışmazlığı var

3 Aprel 2025
img

Ermənistanda kadr böhranı və insan resurslarının çatışmazlığı var.

APA “SputnikArmenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətiniclasında deyib.

O bildiribki, yüksək ixtisaslı kadrlar hökumətdə vəzifə tutmaq əvəzinə yüksək əməkhaqqı müqabilində ya ölkə daxilində fəaliyyət göstərən şirkətlərdə, ya da xarici dövlətlərdə işləməyə üstünlük verir.

Paşinyan qeyd edib ki, ölkə ərazisinin70 faizində məktəb və uşaq bağçalarının olmaması səbəbindən Ermənistan kadr böhranı və insan resurslarının çatışmazlığı ilə üzləşib.