• 18 °C
|

Paşinyan Qazaxıstana səfər edəcək

17 Noyabr 2025
img

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya dövlət səfəri edəcək.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

Səfər proqramına iki ölkənin nümayəndə heyətlərinin danışıqları daxildir. Görüşlər zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.