• 9 °C
|

Paşinyan Vensə qondarma “Artsax”la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

12 Mart 2026
img

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımımuzeyi”nin direktoru Edita Qzoyan istefa verib.

APA xəbər verir ki, o, bu gün bu barədə brifinqdə jurnalistinQzoyanınABŞ vitse-prezidentinə qondarma “Artsaxhaqqında kitab hədiyyə etməsi və Artsaxbarədə danışması ilə bağlı suala cavabında deyib.

Bəli, istefa ərizəsiyazmasını xahiş etdim. Mən bunu hökumətin həyata keçirdiyi xarici siyasətə zidd hərəkət, bunu təxribatçı hərəkət hesab etdim və ərizənin yazılmasını xahiş etdim, – Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır: “Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə,əcnəbiqonağa Artsax məsələsiilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasətErmənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyətklubudur?