• 18 °C
|

Putin 8-9 oktyabr tarixlərində Türkmənistana səfər edəcək

6 Oktyabr 2026
img

Rusiya prezidenti Vladimir Putin 8-9 oktyabr tarixlərində Türkmənistana işgüzar səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Türkmənistana səfəri zamanı MDB Dövlət Başçıları Şurasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.

"Putin 8 oktyabrda Türkmənistan prezidenti Berdiməhəmmədovla, 9 oktyabrda isə İran Prezidenti Məsud Pezeşkyanla görüşəcək. Liderlər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər", – Uşakov deyib.

Kreml rəsmisi MDB Dövlət Başçıları Şurasında 9 MDB liderinin iştirak edəcəyini də söyləyib.

O, Putinin iştirakçıların xahişi ilə MDB Dövlət Başçılarının görüşündə Ukrayna münaqişəsindəki mövcud vəziyyət barədə məlumat verə biləcəyini də əlavə edib.