• 18 °C
|

Putin: Rusiya-Amerika sammiti çox güman ki, təxirə salınacaq

23 Oktyabr 2025
img

Budapeşt sammitini Amerika tərəfi təklif edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya-Amerika sammiti çox güman ki, təxirə salınacaq.

Putin bu danışıqlara hazırlıqsız yanaşmağın səhv olacağını bildirib.

Onun sözlərinə görə, dialoq həmişə qarşıdurma, mübahisə və ya davam edən müharibədən yaxşıdır.