• 25 °C
|

Putin Ukrayna ilə həmsərhəd iki regionun qubernatorunu dəyişib

13 May 2026
img

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin qubernatoru Viçeslav Qladkov və Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz istefa veriblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin müvafiq fərmanı ilə Yeqor Kovalçuk Bryansk vilayətinin, Aleksandr Şuvayev isə Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edəcəklər.