• 29 °C
|

Putin və Tramp arasında telefon danışığı olub

5 İyul 2026
img

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti amerikalı həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.

Uşakov Putin və Tramp arasında telefon danışığının bir saat 25 dəqiqə davam etdiyini söyləyib.

Kreml rəsmisi onu da qeyd edib ki, Putinlə söhbəti zamanı Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllini axtarmağa hazır olduğunu təsdiqləyib.

Uşakovun sözlərinə görə Tramp ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiven Uitkoffun Moskvaya gəlməyə hazır olduqlarını söyləyib.

Uşakov bildirib ki, Trampla telefon danışığı zamanı Putin döyüş meydanındakı real vəziyyəti, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca irəlilədiyini açıqlayıb.