• 16 °C
|

Putin və Tramp Konstantinovkada humanitar missiyanın mümkünlüyünü müzakirə etməyiblər

19 Noyabr 2026
img

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Şençjendə keçirilən danışıqlar zamanı Konstantinovkada humanitar missiyanın mümkünlüyünü müzakirə etməyiblər.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Əbu-Dabidə razılaşdırılmış Rusiya və Ukrayna arasında məhbus mübadiləsi tezliklə baş tuta bilər.

Peskovun sözlərinə görə, məsələ razılaşdırılmasının son mərhələsindədir, hazırda xüsusi xidmət orqanları mübadilə üçün siyahıları nəzərdən keçirir.