• 12 °C
|

Putinin xüsusi nümayəndəsi Kremldə ABŞ rəsmiləri ilə görüşü məhsuldar adlandırıb

3 Dekabr 2025
img

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Kremldə ABŞ nümayəndələri ilə baş tutan görüşü məhsuldar adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Dmitriyev “X” platformasında məlumat verib.

Qeyd edək ki, bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında beş saata yaxın davam edən danışıqlar keçirilib.

Danışıqlarda Rusiya tərəfdən prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Kirill Dmitriyev də iştirak ediblər.