• 7 °C
|

Qazaxıstan Ukrayna dronlarının zədələdiyi yanalma körpüsünü yeniləyəcək

15 Dekabr 2025
img

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) üçün Birləşmiş Ərəb Əmirliklərindən satın alınan iki yeni yanalma qurğusu yanvarda sifarişçiyə çatdırılacaq.

APA xəbər verir ki, bu barədə TASS Qazaxıstanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, noyabrın 29-da Ukrayna ordusunun dronları Qazaxıstan neftini xaricə ixrac edən konsorsiumun Novorossiyskdəki yanalma qurğusunun birini ciddi zədələyib və bu hücumla bağlı Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynaya etirazını bildirib.