• 19 °C
|

Qazaxıstan üzərində qəza siqnalı verən Rusiya təyyarəsi Omsk aeroportuna enib – YENİLƏNİB

19 Oktyabr 2026
img

Qazaxıstan hava məkanında qəza siqnalı verən Rusiya təyyarəsi Omsk hava limanına enib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Novosibirskdən Mahaçqalaya uçan S7 Boeing 737 təyyarəsi texniki nasazlıq səbəbindən Omsk hava limanına eniş edib.

Təyyarədə 173 sərnişinin olduğu bildirilib.

***

11:53

Novosibirskdən Mahaçqalaya uçan S7 Hava Yollarına məxsus təyyarə Qazaxıstan üzərində qəza siqnalı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarə qəfildən Omsk istiqamətində istiqamətini dəyişib.

Təyyarədə 189 sərnişinin olduğu bildirilib.