
Qırğızıstanın xüsusi xidmət orqanları genişmiqyaslı antiterror əməliyyatı keçirərək terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfəri saxlayıb.
TASS xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat beynəlxalq terror təşkilatları olan “Katibat ət-Tövhid vəl-Cihad” və “İslam Dövləti”nin üzvlərinə qarşı həyata keçirilib.
Bildirilib ki, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini xadimlərə qarşı terror aktları planlaşdırıblar.
Əməliyyat nəticəsində Oş vilayətində 11, Batken vilayətində isə 20 nəfər saxlanılıb.