• 16 °C
|

Rəsmi Moskva: Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir

24 Aprel 2026
img

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir.

“Bu, artıq ikinci missiyadır. Aİ qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq”, – Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova deyib ki, Moskva İrəvanın yeni Aİ missiyasının Ermənistanı anti-Rusiya siyasətinə cəlb etməsinə icazə verməyəcəyinə ümid edir: "Mümkündür ki, bu missiyanın köməyi ilə Ermənistan rəhbərliyi Avropa yolunda irəliləyişi sürətləndirməyə ümid edir. Lakin unutmaq olmaz ki, bir çox ölkələr bu yolda ləngiyir, məsələn, Serbiya və digər Balkan ölkələri”.