• 29 °C
|

Rusiya MN: Son bir həftə ərzində 5000-ə yaxın Ukrayna dronu vurulub

10 İyul 2026
img

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir həftə ərzində təxminən 5000 Ukrayna dronunu vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri son bir həftə ərzində 10 Flamingo qanadlı raketini, üç Neptun-MD raketini və 4975 Ukrayna təyyarə tipli dronunu vurub.

Rusiya MN son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə və hərbi aerodromlarına yüksəkdəqiqlikli və zərbə dronları ilə genişmiqyaslı və altı qrup hücumu həyata keçirdiyini də açıqlayıb.