• 11 °C
|

Rusiya Ukrayna ilə danışıqların yeni raundunun tezliklə keçiriləcəyinə ümid edir

12 Fevral 2026
img

Moskva Ukrayna ilə bağlı danışıqların yeni raundunun tezliklə keçiriləcəyinə ümid edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Müəyyən bir anlaşma var və sizi məlumatlandıracağıq. Növbəti raundun tezliklə baş tutacağına ümid edirik", – Putinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı danışıqlar bu ilin fevral ayının əvvəlində Əbu-Dabidə keçirilib. Danışıqlarda Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri iştirak edib.