• 22 °C
|

Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub

24 İyun 2025
img

Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzadə arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Kommersant” nəşri İranın Tasnim agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Nəsirzadə ABŞ-ı regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyi adlandırıb.

“Biz regionda və bütün dünyada sülh və sabitlik naminə birlikdə səy göstərə bilərik”, – o, rusiyalı həmkarına deyib.