17 Avq 2026

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi həyata keçirilib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əsir mübadiləsi BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.
Rusiyalı əsirlərin hazırda Belarusda olduğu, lazımi tibbi yardım aldığı və sonra isə Rusiyaya gətiriləcəyi qeyd olunub.