19 İyn 2025
“Rəsmi Moskva Vaşinqtonla münasibətləri tərəfdaşlarına zərər vurmadan inkişaf etdirəcək”.
APA TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
O, ölkəsinin Vaşinqtonla dialoq imkanlarını da dəyərləndirib:
“Yaxın vaxtlarda hər kəs görəcək ki, Rusiya ilə ABŞ qarşılıqlı olaraq konstruktiv dialoqda maraqlıdır”.