• 24 °C
|

Rusiyada 5,4 maqnitudalı zəlzələ olub

25 May 2025
img

Rusiyada 5,4 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələnin ocağı Altayın Koş-Ağac rayonunda, Qızıl Daş kəndindən 12 km cənub-şərqdə yerləşib. Yeraltı təkan 10 yaşayış məntəqəsində hiss edilib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.