• 19 °C
|

Rusiyada göyərtəsində 5 nəfər olan Mi-8 helikopteri radardan itib

14 İyul 2025
img

Rusiyada Mi-8 helikopteri radardan itib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Uzaq Şərqdə itən Mi-8 helikopterinin göyərtəsində 5 nəfər olub.

Vzlet aviaşirkətinə məxsus Mi-8 helikopterinin Oxotsk şəhərindən Maqadana uçarkən radardan itdiyi qeyd olunub.