• 26 °C
|

Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb

21 İyun 2026
img

Rusiyada Primorsk diyarında meşə aviasiyasına məxsus “Robinson R44” tipli helikopterlə əlaqə itib.

TASS xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına əsasən, Primorsk diyarında itkin düşən Robinson helikopterinin göyərtəsində ekipajın iki üzvü – pilot və müşahidəçi-pilot olub.