05 Fev 2025
Rusiyada internet əlaqəsinin qısamüddətli yox olmasının səbəbi qlobal internet kəsilməsi olub.
APA xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.
Qeyd edilib ki, bağlantının qısamüddətli kəsilməsinin səbəbi aşkar edilərək şəbəkə operativ şəkildə bərpa edilib.
***
18:59
Rusiyada internet kəsilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, kəsinti bütün Rusiya ərazisində müşahidə olunur.
Hal-hazırda Rusiyada ancaq Teleqram şəbəkəsi işləyir.
Rusiyanın əksər regionlarında internet resurslara giriş mümkün deyil.