• 15 °C
|

Rusiyada meşəlik ərazidə güclü yanğın başlayıb – VİDEO

13 May 2025
img

Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromu yaxınlığındakı meşəlik ərazidə güclü yanğın başlayıb.

APA “interfax.ru”ya xəbər verir ki, 3 min hektar ərazini əhatə edən alovun yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçmək ehtimalı var.

Əraziyə 70 yanğınsöndürən və 20 ədəd texnika cəlb edilib.

Yerli sakinlər ətrafı bürüyən tüstü qatı səbəbindən havasızlıqdan şikayətlənir.