24 Mar 2026

Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yeni yoluxma qeydə alınıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, xəstənin S.P.Botkin Xəstəxanasında müalicə olunduğu bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusuna yoluxma bundan əvvəldə Sankt-Peterburqda və Moskva vilayətində aşkar edilib. Ötən il qeyd edilən regionlarda üç nəfərə meymunçiçəyi diaqnozu qoyulub.