• 7 °C
|

Rusiyada PUA hücumu nəticəsində bir nəfər həlak olub

13 Dekabr 2025
img

Rusiyanın Saratov vilayətində PUA-nın düşməsi nəticəsində bir nəfər həlak olub və infrastruktura ziyan dəyib.

APA xəbər verir ki, bu barədə bölgənin qubernatoru Roman Busargin “Telegram” kanalında məlumat verib.

"Saratovda mülki infrastruktur zədələnib. Bir nəfər həlak olub", – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Saratov vilayətində PUA hücumu barədə xəbərdarlıq edilmişdi.