• 7 °C
|

Rusiyada texnikum yaxınlığında atışmada 1 nəfər ölüb, üç yaralı var – YENİLƏNİB

11 Fevral 2026
img

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb.

Yerli medianın məlumatına görə, hücum edən şəxs saxlanılıb.

Hücum edən şəxsin kollecin avtomobil mexaniki ixtisası üzrə birinci kurs tələbəsi, 17 yaşlı İlya O. olduğu məlum olub. Onun TOZ-34ER ov tüfəngi ilə silahlandığı bildirilib.

Daxili İşlər Nazirliyi Anapadakı atışmada bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını açıqlayıb.

***

15:27

Rusiyanın Anapa şəhərinin sənaye texnikumunun yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Kuban” məlumat yayıb.

Məlumatlara görə, hücumda şübhəli şəxs artıq saxlanılıb, onun üzərindən silah-sursat aşkar olunub. Hadisə yerində Rusiya Milli Qvardiyası, polis və təcili xidmət əməkdaşları çalışır. Hüquq-mühafizə orqanları hələ rəsmi şərh verməyib.

Bildirilir ki, texnikum tələbələri atışma səslərini eşidəndən sonra binanın qapısını bağlayıblar.