• 24 °C
|

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

28 İyun 2025
img

Rusiyanın Primorsk diyarının Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Təyyarənin göyərtəsində yalnız pilot olub. Onun həlak olduğu bildirilib.