• 16 °C
|

Rusiyanın Bryansk vilayətində körpü aşıb: 3 ölü, 30-dan çox yaralı var

1 İyun 2025
img

Rusiyanın Bryansk vilayətində körpünün aşması nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) “Telegram” kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hadisə zamanı sərnişin qatarının vaqonları və lokomotivi körpünün dağıntıları altında qalıb. FHN əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.

Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 180 nəfərlik heyət və 60 texnika cəlb olunub.

Bildirilib ki, hadisə mayın 31-i axşam saatlarında Vyqoniçi qəsəbəsi yaxınlığında baş verib. Körpü üzərində avtomobillər olarkən çöküb və bu zaman altından keçən sərnişin qatarı dağıntıların altında qalıb.