• 19 °C
|

Rusiyanın Krasnodar diyarına PUA hücumu nəticəsində ölənlər var

26 Sentyabr 2026
img

Rusiyanın Krasnodar diyarının Severski rayonuna PUA hücumu nəticəsində ölənlər var, bir nəfər isə ağır yaralanıb.

"TASS"ın məlumatına görə,bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.

“Severski rayonu PUA hücumuna məruz qalıb. Təəssüf ki, ölənlər var. Onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu, əvəzolunmaz itkidir. Bir nəfərin vəziyyəti ağırdır. O, rayon xəstəxanasına yerləşdirilib və həkimlər ona bütün zəruri tibbi yardımı göstərirlər”, – Kondratyev bildirib.

Qubernator Severski rayonunun rəhbəri Aleksey Çeverevə yaralanan şəxsə və həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsi barədə tapşırıq verdiyini qeyd edib.