• 27 °C
|

Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb

14 İyun 2026

Rusiyanın Oryol şəhərində yaşayış binasına dron hücumu nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Oryol vilayətinin qubernatoru Andrey Klıçkov məlumat verib.

Bildirilib ki, Ukraynanın dron hücumu zamanı Oryoldakı "Yaşıl Ada" çox mənzilli yaşayış kompleksinə ziyan dəyib. Bir neçə mərtəbədə yanğınlar baş verib.

Ötən gecə Rusiyanın 14 regionunda 250 Ukrayna PUA-sının vurulduğu açıqlanıb.