• 8 °C
|

Rusiyanın Xersonda mikroavtobusa hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

9 Avqust 2025

Rusiya bu gün səhər saatlarında Ukraynanın Xerson bölgəsinə hücum edib.

APA Ukraynanın Baş naziri Yuliya Sviridenkonun sözlərinə istinadən xəbər verir ki, Xersonun şəhərətrafı ərazisində bir mikroavtobusun vurulması nəticəsində 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Sviridenko Rusiyanın məqsədyönlü şəkildə mülki vətəndaşlara hücum etdiyini vurğulayıb və bu hərəkəti terrorizm adlandırıb.