24 Mar 2026

Sevastopolda yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə məlumatı şəhər qubernatoru Mixail Razvojaev “Telegram” kanalındapaylaşıb.
Məlumata görə, mənzillərin birində baş verən partlayış nəticəsində çoxmərtəbəli yaşayış binansının bir hissəsi çöküb, qonşu binalardakı mənzillər zədələnib.
Fövqəladə Hallar Nazirliyinin 198 əməkdaşı, 55 texnika vasitəsi ilə baş verən yanğın söndürülüb, zədələnmiş konstruksiyaların söküntüsü hazırda davam edir.