• 27 °C
|

Simonyan-Matviyenko görüşü zamanı Ermənistan parlamenti qarşısında Rusiyanı dəstəkləyənlər və əleyhdarları arasında qarşıdurma olub – VİDEO

6 İyun 2025
img

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkonun spiker Alen Simonyanla görüşü zamanı Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib.

APA xəbər verir ki, eyni vaxtda Rusiyanı dəstəkləyən və Moskvanın əleyhinə olan iki qrup binanın qarşısında aksiya təşkil edib.

Qruplardan biri Rusiyanı dəstələyən plakatlar qaldırıb, şüarlar deyib. Digər qrup isə əllərində Rusiyanın əleyhinə plakatlar tutub, şüarlar səsləndirib.

Aksiya zamanı qruplar arasında sözlü atışma və fiziki qarşıdurma baş verib.

Lakin polis insidentin böyüməsinə imkan verməyib.

***

11.47

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə etiraz olaraq Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, əllərində antiRusiya plakatları tutan bir qrup şəxs Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüş keçirdiyi vaxt parlament binası qarşısında Rusiya əleyhinə şüarlar səsləndiriblər.

Polis aksiya iştirakçılarına ərazidən uzaqlaşmaları barədə xəbərdarlıq edib.

Eyni vaxtda parlament binası qarşısında Ermənistan-Rusiya dostluğunu dəstəkləyənlər də aksiya təşkil edib.